Putin: Başqa ölkələrlə iqtisadi əlaqələri inkişaf etdirəcəyik

Putin: Başqa ölkələrlə iqtisadi əlaqələri inkişaf etdirəcəyik
04:29 25 Dekabr 2015
27 Dünya
Ölkə mətbuatı
A- A+

 Rusiya digər ölkələrlə iqtisadi əlaqələri inkişaf etdirməkdə və inteqrasiya proseslərində iştirak etməkdə davam edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Kremldə sahibkarlarla görüşü zamanı bildirib.

 

“Ölkədə biznes imkanlarını genişləndirmək üçün digər ölkələrlə iqtisadi əlaqələri fəal inkişaf etdirəcəyik, inteqrasiya proseslərində iştirak edəcəyik”, deyə dövlət başçısı bildirib.

 

Şanxay Əməkdaşlıq Təşkilatı və ASEAN ölkələri ilə mümkün iqtisadi tərəfdaşlıqdan danışan Putin şirkət rəhbərlərindən bu əməkdaşlığın mexanizminə dair təklif hazırlamağı xahiş edib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR