Yaponiyada daha iki AES salınacaq

Yaponiyada daha iki AES salınacaq
04:46 25 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiya məhkəməsi daha iki Atom Elektrik Stansiyasınının (AES) işə salınması üçün qərar qəbul edib. ANS PRESS-in məlumatına görə, Takahama şəhərində Kansay Elektrik şirkəti tərəfindən idarə olunan reaktorların gələn ay işə salınacağı gözlənilir.

Hazırda ölkənin nüvə enerjisi imkanlarının cəmi 5 faizi istifadə olunur. 2011-ci ildə baş vermiş zəlzələ və tsunami fəlakəti nəticəsində AES-lərin əksəriyyəti fəaliyyətini dayandırmışdı. Kansay Elektrik şirkəti rəhbərliyi bildirib ki, məhkəmənin qərarı AES-in təhlükəsizlik standartlarına cavab verdiyini göstərir. Reaktorların işə salınmasına qarşı etirazlar da gözlənilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR