Bakıda 21 yaşlı gənci güllələdilər

Bakıda 21 yaşlı gənci güllələdilər
07:05 25 Dekabr 2015
63 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda 21 yaşlı gənc güllələnib.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Nərimanov rayonu, Xətai prospektindəki "Şərq bazarı"nın yaxınlığında qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Rzayev Emil Sülfi oğlu mübahisə zəminində hələlik kimliyi məlum olmayan şəxs tərəfindən tüfənglə güllələnib. Yaralı təcili yardım maşını ilə dərhal  Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ayağından yaralanan 21 yaşlı gənc dərhal əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti hələlik orta ağırdır.
 
Hadisə yerinə Nərimanov rayon Polis İdarəsinin əməkdaşları gələrək araşdırmalara başlayıblar. Polisdən verilən məlumata görə, 21 yaşlı Rzayev Emil Sülfi oğlunun kim tərəfindən, hansı səbəbdən güllələndiyi aparılan araşdırmalardan sonra məlum olacaq.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR