Ceyms Uorlik yenə gözləyir

Ceyms Uorlik yenə gözləyir
07:22 25 Dekabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

"Biz tərəflərdən gərginliyi azaltmaqla və güc tətbiq etməkdən çəkinməklə sülh yolu ilə həll prosesi barədə öhdəliklərinə sadiq qalmalarını gözləyirik".
 Milli.Az APA-ya istinadən bildirir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik təmas xəttində bir neçə gün öncə baş verən gərginliyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Bern görüşündə prezidentlər özləri zorakılıq halları, xüsusilə dinc sakinlərin xəsarət almasına səbəb olan hallarla bağlı narahatlıqlarını ifadə ediblər: "Biz tərəfləri insan həyatını xilas etmək naminə gərginliyi azaltmaq üçün bütün zəruri addımları atmağa və gələn il danışıqlar mühitini yaxşılaşdırmağa çağırırıq".
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/392930.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR