Gəncə şəhər sakini döyüldü

Gəncə şəhər sakini döyüldü
07:27 25 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Gəncədə döyülmə faktı qeydə alınıb.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə dekabrın 24-də axşam saatlarında 20 saylı orta məktəbin yaxınlığında qeydə alınıb. Gəncə şəhər sakini, 1973-cü il təvəllüdlü Nəcəf Mehdiyev qayınatasigilə gedərkən yolunu kəsən avtomobilin sürücüsü və maşında olan sərnişinlə mübahisə edib. Naməlum şəxslər N. Mehdiyevi döyüblər. O, kəllə beyin travması ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
 
Vəziyyətinin kafi olduğu bildirilir.
 
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR