Manat larini də vurdu

Manat larini də vurdu
08:12 25 Dekabr 2015
75 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstan Milli Bankı (GMB) dekabrın 24-də baş tutan valyuta hərracında 20 milyon dollar satıb.
Milli.Az "Report"a istinadən bildirir ki, GMB prezidenti Georgi Kadaqidzenin sözlərinə görə, rəhbəri olduğu qurum 2015-ci il sentyabrın sonlarından, yəni larinin məzənnəsi 1 ABŞ dollarına qarşı 2,4499 GEL olduğu vaxtdan, onun məzənnəsinin stabilləşdirilməsi üçün daha aqressiv siyasət aparmağa başlayıb.
Milli Bank 4 valyuta hərracı nəticəsində artıq təqribən 87 mln. dollar satıb. Son bir həftə ərzində lari 0,5% dəyərdən düşüb ki, bunu da Azərbaycanda milli valyutanın devalvasiyası ilə əlaqələndirirlər.
Bugünkü valyuta hərracında larinin ABŞ dollarına nisbətdə orta hesablanmış məzənnəsi 2,4012 GEL/1 dollar təşkil edib.
Gürcüstan Milli Bankı dekabrın 25-i üçün larinin ABŞ dollarına nisbətdə rəsmi mübadilə məzənnəsini 2,4023 GEL/1 dollar həcmində müəyyən edib.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/392940.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR