Nigeriyada zavodda partlayış, 100 ölü

Nigeriyada zavodda partlayış, 100 ölü
08:42 25 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Nigeriyanın cənubunda qaz emalı zavodunda baş vermiş partlayış nəticəsində azı 100 nəfər ölüb. Milli.Az APA-ya istinadən bildirir ki, Anambra ştatının Nnevi şəhərində baş vermiş insidentin əvvəlində müəssisədə olan fəhlələrdən altısı ölüb. Güclü partlayışdan sonra yaranan yanğın yaxınlıqdakı evlərə keçib, nəticədə, azı 100 nəfər ölüb. Bir neçə şəxs ağır xəsarətlərlə xəstəxanalara çatdırılıb.
 
İlkin məlumata görə, yanğın qaz balonunun partlaması səbəbindən baş verib.  
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR