Rəmadidə polis partlayışdan qurtuldu

Rəmadidə polis partlayışdan qurtuldu
08:57 25 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

İraq xüsusi xidmət orqanlarının əməkdaşları İŞİD terrorçularının Ər Ramadi şəhər polis idarəsinin binasına hücumunu dəf edərək, yeddi silahlını məhv edib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Əməliyyatın təfərrüatları barədə məlumat verilmir.  
 
Qeyd edək ki, İraq Silahlı Qüvvələri ötən gün Ər Ramadi şəhərinin mərkəzi hissəsini terrorçulardan təmizləmə əməliyyatına başlayıb. Məlumata görə, əməliyyata İraq Hərbi-Hava Qüvvələri, koalisiya təyyarələri, Anbar vilayətinin polis qüvvələri və könüllü dəstələr cəlb edilib.  Ordu yaxın bir neçə gün ərzində Ər Ramadi şəhərini  terrorçulardan tamamilə azad etməyi planlaşdırır .
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/392924.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR