Bakıda güllələnmə hadisəsi baş verib

Bakıda güllələnmə hadisəsi baş verib
09:06 25 Dekabr 2015
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nərimanov rayonunda güllələnmə hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, rayonun Xətai prospektindəki “Şərq bazarı”nın yaxınlığında qeydə alınan hadisə zamanı 21 yaşlı gənc güllələnib. Zərərçəkmiş 21 yaşlı Rzayi Emil Sülfinin mübahisə zəmnində hələlik kimliyi məlum olmayan şəxs tərəfindən tüfənglə güllələndiyi bildirilir.

Yaralı təcili yardım maşını ilə dərhal 1 saylı xəstəxanaya çatdırılıb. Ayağından yaralanan 21 yaşlı gənc dərhal əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti hələlik orta ağırdır.

Hadisə yerinə Nərimanov rayon Polis İdarəsinin əməkdaşları gələrək araşdırmalara başlayıb. Rayon Polis İdarəsindən bildirilib ki, 21 yaşlı Emil Rzayinin kim tərəfindən və hansı səbəbdən güllələndiyi aparılan araşdırmalardan sonra məlum olacaq.

Onun polis əməkdaşlarına verdiyi ifadəsindən aydın olur ki, həmin ərazidən keçərkən yanında bir avtomobil dayanıb. Daha sonra avtomaşında olan şəxslərdən biri atəş açıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368119

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR