"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,22% bahalaşaraq 6 254,64 bənd, Fransa CAC-40-ı,0,24% azalaraq 4 663,18 bənd, təşkil edib. Almaniya DAX-ı isə dəyişməz qalaraq isə 10 727,64 bənd olub.
Bu gün səhər COMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% bahalaşaraq 1 075,85 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0967 (+0,28%) təşkil edib.