""Barselona"ya müqavimət göstərə biləcək komanda yoxdur"

""Barselona"ya müqavimət göstərə biləcək komanda yoxdur"
09:37 25 Dekabr 2015
34 İdman
Ölkə mətbuatı
A- A+

"Hazırda "Barselona"ya müqavimət göstərə biləcək komanda yoxdur. Kataloniya təmsilçisi çox güclüdür. "Barsa" hazırda dünyanın ən yaxşı komandasıdır".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Arsenal"ın futbolçusu Məsut Özil Britaniya mətbuatına açıqlamasında deyib.

Türkiyə əsilli alman futbolçu Çempionlar Liqasının 1/8 finalında qarşılaşacaqları "Barselona"dan çəkinmədiklərini bildirib: "Barselona" kimi güclü komandalara qarşı oynamaq çox yaxşıdır. Bu, "Arsenal" üçün yaxşı şansdır və oyunu səbirsizliklə gözləyirik. Rəqibə hörmətlə yanaşırıq, ancaq onlardan qorxmuruq. Əgər öz oyunumuzu sərgiləyə bilsək, qalib gələcəyik". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/392955.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR