Maştağada piyada yol qəzasında öldü

Maştağada piyada yol qəzasında öldü
09:41 25 Dekabr 2015
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, Sabunçu rayonu Maştağa qəsəbəsində yolu keçmək istəyən zaman Maarif İsayev avtomobilin zərbəsinə tuş gəlib. Ağır xəsarətlər alan İsayevi 3 saylı şəhər klinik xəstəxanaya Əliyusif Xəlilovun idarə etdiyi “VAZ 2104” markalı minik maşınında çatdırılıb. Ancaq Maarif İsayev xəstəxanaya aparılarkən artıq yolda dünyasını dəyişibmiş.

Bu barədə sonradan rayon polis idarəsinə məlumat verilib. Sürücü Əliyusif Xəlilovun idarə etdiyi “VAZ 2104” markalı avtomobildə əziklər aşkar edilib. Ancaq o, polis əməkdaşlarına bildirib ki, Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olarkən onu ötüb keçən digər avtomobil yolu keçən piyadanı vurub. Zərbənin təsirindən piyada onun avtomobilinin üstünə düşüb. O da həmin şəxsi xəstəxanaya çatdırıb.

Polis əməkdaşları Əliyusif Xəlilovun avtomobilinə baxış keçirib. Onun ifadəsinin düzgünlüyü ərazidə olan müşahidə kamerasına keçiriləcək baxışdan sonra məlum ola bilər.

Faktla əlaqədar Sabunçu rayon polis idarəsində cinayət işi başlanıb. Araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR