Roma Papasından sensasion açıqlama: "Milad bayramı fırıldaqdır!" - FOTO

Roma Papasından sensasion açıqlama: "Milad bayramı fırıldaqdır!" - FOTO
10:05 25 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Milad bayramı ilə bağlı həmişə hiss etdiyim sevinci, şadlığı bu il duymuram. Bütün dünyanın mübtəla olduğu dərdlər, problemlər, müharibələr, iqtisadi böhranlar şəraitində Miladı bayram etmək saxtakarlıq, mənasızlıq, fırıldaqdır".
Bütün dünya katoliklərinin başçısı, Roma Katolis Kilsəsinin rəhbəri Papa 1-ci Fransisk dünən Vatikandakı Müqəddəs Pyotr Kilsəsindəki keçirdiyi Milad ibadətində belə deyib.

Milli.Az ABC-yə istinadən bildirir ki, Roma Papası postunda 3-cü Miladını qarşılayan, təqribən 1,2 milyard katolikin lideri olan 1-ci Fransisk moizəsində söyləyib: "İstehlak yanğısına tutulan, zahiri parıltı ilə kor olanlar həyatın danılmaz və unudulmaz dəyərlərini xatırlamalıdır. Varlanmaq hərisliyi, bədxərclik, pulgirlik, təşəxxüs və vurnuxma ruhundan sərxoş olmuş cəmiyyətdə İsa Məsih bizi təmkinli həyata, yəni sadəliyə, ardıcıllığa, mühüm olan nəsnələri görməyə və anlamağa çağırır. Hər insan İsanın sadəliyinin onun qəlbini dolduraraq həyata ruhlandırmağa imkan verməlidir. Əksər hallarda günahkara amansız, günaha isə güzəştli olan bu dünyada Tanrının istəyini dərk etmək üçün özümüzdə ədalət hissini inkişaf etdirməli, ədalətlə davranmalıyıq. Milad kim olduğumuzu bir daha düşünmək üçün zamandır".

Roma Papasının Milad moizəsini dinləmək üçün Müqəddəs Pyotr Kilsəsinə 10 min insan yığışmışdı.
Bu gün isə Roma Papası Müqəddəs Pyotr Kilsəsinin eyvanına çıxaraq ənənəvi "Urbi et Orbi" (Şəhərə və dünyaya) müraciətini oxuyacaq.

Milli.Az




















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR