"Fitch" agentliyi Azərbaycanın 5 bankının reytinqini qiymətləndirib

10:22 25 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Adı çəkilən 5 bankın reytinqləri barədə qərar Azərbaycan hökümətinin dekabrın 21-də həyata keçirdiyi "üzən məzənnə" rejiminə keçidlə əlaqələndirilib. Bu qərarın ümumiyyətlə Azərbaycanda fəaliyyət göstərən bankların xarici valyutada aktivlərində yaranan risklərdən dolayı kapitallarının adekvatlıq əmsalının azalmasına ciddi təsiri edəcəyi qeyd olunur.
"Fitch"in hesabatında bildirilir ki, bəzi banklar kapitalın adekvatlığı əmsalı normativini pozma riski ilə üzləşib: "Yəqin ki, bu bankların səhmdarlarına kapitallarını artırmağa və onu normativə uyğunlaşdırmağa zaman veriləcək. Bu fikirlər fevral ayında baş verən devalvasiya zamanı formalaşıb. Bundan başqa, Mərkəzi Bank kommersiya banklarının kapitalın adekvatlıq əmsalını 12%-dən 10%-ə endirib, bu da onlara ilin sonuna qədər bu əmsala çatmaqlarına imkan verəcək".
Agentlik bank sektorunda kredit portfelinin dollarlaşması (devalvasiyadan sonra sektorun 60%-i) səbəbi ilə aktivlər üzərində təzyiqləri nəzərə alaraq bildirib ki, kreditalanların xarici valyutada gəlirləri məhdudlaşıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/fitch-agentliyi-azerbaycanin-5-bankinin-reytinqini-tesdiq-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR