​Rusiya şirkətləri Xəzərdəki neft-qaz yatağında işlərini dayandırıb

10:32 25 Dekabr 2015
12 Dünya
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.
""Mərkəz" yatağı Rusiya şirkətlərinə aid olmadığından, biz buruq üçün avadanlıq ala bilmirik. Bir yataqda isə qurğu inşa etmək məntiqi deyil. Ona görə də "Gazprom"la işlərə bir az fasilə verməyi qərara aldıq. Sanksiyalar götürülənə və buruq qurğuları sərbəst olanadək gözləyəcəyik", - "LUKOYL"un prezidenti Vahid Ələkbərov Qərbin Rusiyaya tətbiq etdiyi texnoloji sanksiyalardan danışarkən bildirib.
Qeyd edək ki, "Mərkəz" strukturu Xəzərin mərkəz hissəsində, Rusiya lə Qazaxıstan arasındakı sərhəddə yerləşir. Oradakı işləri "TsnetrKaspneftqaz", "Gazprom" müəssisələri və Qazaxıstanın "Kazmunayqaz" şirkəti ilə "LUKOY" birlikdə görürdülər.
2008-ci ildə həmin ərazidə 169,1 milyon ton neft-qaz kondensat ehtiyatının olduğu aşkarlanıb.

Xəbərin orijinal ünvanı: http://report.az/region/rusiya-sirketleri-xezerdeki-neft-qaz-yataginda-islerini-dayandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR