Röya oğlu ilə tədbirə qatıldı, jurnalistlə sözü "çəpləşdi": "Sənə nə?"

Röya oğlu ilə tədbirə qatıldı, jurnalistlə sözü "çəpləşdi": "Sənə nə?"
10:49 25 Dekabr 2015
74 Şou
Ölkə mətbuatı
A- A+

Ötən gün “Uşaqlar gülsün deyə...” adlı xeyriyyə tədbirinə qatılan Röya Ayxan media əhlinin suallarını cavablandıran zaman bir jurnalistlə sözü “çəpləşib”. Lent.az-ın məlumatına görə, ifaçı “Bakıda konsert verməyəcəm. Gələn il ancaq Türkiyədə tanıtım xarakterli konsert ilə çıxış edəcəm” dedikdən sonra jurnalist ona “Niyə Bakıda yox, Türkiyədə konsert verirsiniz?” sualını verib. Bu sual isə Röyanın xoşuna gəlməyib: “Ürəyim belə istəyir, sənə nə? Bir də ki, mən bu suala cavab vermişdim. Sən eşitməmisən. Çünki mənə qulaq asmırdın”, sözlərini deyərək, zalı tərk edib. 

 

Qeyd edək ki, R.Ayxan təqdimat mərasiminə oğlu Hüseynlə birgə qatılmışdı. 



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226517

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR