"Yataq səhnəsini ilk dəfə mən etmişəm" - Faiq Ağayev

"Yataq səhnəsini ilk dəfə mən etmişəm" -  Faiq Ağayev
10:51 25 Dekabr 2015
37 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Faiq Ağayev şou-biznes nümayəndələri arasında ən çox vergi ödəyən müğənnidir.

Bu haqda ifaçı Axşam.az-a açıqlamasında deyib. O, ideal vergi ödəyicisi olduğunu bildirib:

“Azərbaycanlı müğənnilər arasında ən böyük vergini ödəyən mənəm. Borclular siyahısında da adım yoxdur. Son günlər həmkarlarımın borclarını gördüm. Şəffaf işləmək çətin deyil. Heç kim ildə 200 min qazanmır. Bunu qazanmaq üçün ən bahalılar il ərzində 25 toy oxumalıdır. Bu isə heç kimdə yoxdur”.

F.Ağayev şou-biznesdə səs-küy yaradan kişi ifaçılarının az olmasına da münasibət bildirib:

“Gedib səhnəyə yeni addım atmaq istəyənlərin yeməyinə zəhər qatsaydım, deyərdiniz, Faiq günahkardır. Niyə ortaya çıxmırlar? İndiki gənclərdə qorxaqlıq var. Tamaşaçıdan çəkinirlər ki, qırmızı pencək geyinsəm, nə deyərlər? Səhnədə qorxmaq olmaz. Tamaşaçıdan qorxsan onun üçün maraqsız olarsan. Hamı kostyum geyinir. Fərq nədir? Həm biz sənətçilər, həm tamaşaçılar şərq və qərb musiqisini tərifləyirik. Axı orada qalustuq taxanlar azdır. Mən oxunan mahnıya uyğun geyim görməyəndə təəssüflənirəm. Deməyin ki, Faiq sinəsinə döyür. Azərbaycanda klipdə yataq səhnəsini ilk dəfə mən etmişəm. Amma elə etdim ki, qınağa səbəb olmadı”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43127

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR