Ruhi-əsəb əlilləri və qocalar üçün internat evində bayram tədbiri keçirilib

Ruhi-əsəb əlilləri və qocalar üçün internat evində bayram tədbiri keçirilib
14:22 30 Dekabr 2014
86 Digər
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 14:16 ]

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 9 saylı ixtisaslaşdırılmış ruhi-əsəb əlilləri və qocalar üçün internat evində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə tədbir keçirilib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə iştirak edən ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bu internat evində yaşayan insanlara və internat evinin xidməti personalına bayram təbriklərini çatdırıb. Xidmət rəisi Azərbaycan prezidenti İlham Əliyevin sosial cəhətdən həssas əhali qruplarına diqqət və qayğısının sosial xidmət müəssisələrində yaşayan şəxsləri də əhatə etdiyini vurğulayıb.

 

Qeyd olunub ki, hazırda ƏƏSMN-nin tabeliyindəki sosial xidmət müəssisələrində 1042 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək şəxslər üçün nəzərdə tutulan Şaqan 3 saylı və Saray 7 saylı internat evlərində 316 nəfər tam dövlət təminatında yaşayır. Onlar bu müəssisələrdə daimi yaşayış şəraiti, həmçinin qida, geyim və tibbi xidmətlə təmin olunurlar. Bu müəssisələrdə normal yaşayış şəraitinin yaradılması, onların sakinlərinin həyati ehtiyaclarının ödənilməsi işinin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü işlər aparılır. Xüsusən də Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində hər iki internat evində uşaqların yaşayışı, çoxşaxəli reabilitasiya tədbirlərinə cəlb olunması üçün müasir tələblərə uyğun şərait yaradılıb.

 

Ç. Əliyev qeyd edib ki, hazırda 256 nəfərin yaşadığı 9 saylı ixtisaslaşdırılmış ruhi-əsəb əlilləri və qocalar üçün internat evində də əsaslı təmir işləri aparılıb və burada sakinlərin yaşayışı, lazımi xidmətlərlə təmin olunması üçün normal şərait mövcuddur. Bununla yanaşı, sosial xidmət müəssisələrində onların profilinə uyğun olmayan kateqoriyalardan olan şəxslərin də yerləşdirilməsi ilə bağlı əvvəlki illərdə yol verilmiş hallar son vaxtlarda aradan qaldırılıb və həmin müəssisələrin öz təyinat profilinə uyğun fəaliyyətinin təşkili təmin edilib.

 

Bayram süfrəsi ətrafında keçən tədbir incəsənət ustalarının ifasında musiqili-əyləncəli proqramla davam edib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367746

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR