Qazaxda ilin ən yaxşı məşqçisi və idmançısı seçilib

Qazaxda ilin ən yaxşı məşqçisi və idmançısı seçilib
11:13 25 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Qazax, 25 dekabr, AZƏRTAC
Qazax Olimpiya İdman Kompleksində 2015-ci ilə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbiri Qazax Olimpiya İdman Kompleksinin xidmət şöbəsinin rəisi, Əməkdar Məşqçi Azər Əliyev açaraq cari ildə görülən işlər və əldə olunan nailiyyətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, il ərzində Olimpiya İdman Kompleksində idmanın müxtəlif növləri üzrə 9 yarış keçirilib. İdmançılar tərəfindən bütövlükdə 104 medal qazanılıb. Bu medallar, rayon, zona, respublika, Avropa və dünya çempionatlarına aid olub.
Digər çıxışlarda rayonun idman uğurları barədə ətraflı danışılıb.
Sonra il ərzində müxtəlif yarışlarda fərqlənən 25 idmançıya mükafatlar təqdim olunub. Əməkdar Məşqçi Əliyev Azər ilin ən yaxşı məşqçisi, 8 qat Avropa və 4 qat dünya çempionu Vəkilov Qismət isə ilin ən yaxşı idmançısı seçilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qazaxda_ilin_en_yaxsi_mesqchisi_ve_idmanchisi_sechilib-914226

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR