Bakıda tıxac yaradan piyada keçidlərinin qarşısında işıqfor quraşdırılır

Bakıda tıxac yaradan piyada keçidlərinin qarşısında işıqfor quraşdırılır
11:27 25 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 25 dekabr. REPORT.AZ/ Bakıda tıxac yaradan piyada keçidlərinin qarşısında işıqforların quraşdırılmasına başlanılıb. "Report"un məlumatına görə, Xocalı prospektinin Ş.İ.Xətai metrosunun qarşısından keçən hissəsində dörd ədəd yeni elektron işıqfor quraşdırılıb. 
Qeyd edək ki, Bakıda nizamlanmayan piyada keçidiləri yerləşdiyi ərazilərdə mütəmadi olaraq günün pik saatlarında avtomobil tıxacları yaranır. Bu səbəbdən də nizamlanmayan piyada keçidilərində baş verə biləcək hər hansı yol nəqliyyat hadisəsinin qarşısını almaq və yarana biləcək tıxacları minumuma endirmək üçün həmin ərazilərdə yol patrul xidmətinin əməkdaşları xidmət aparırdı.











Xəbərin orijinal ünvanı: http://report.az/multimedia/piyada-kecidlerinin-qarsisinda-isiqfor-qurasdirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR