​Azərbaycanda qeyri-infeksion xəstəliklərə nəzarət sistemi üçün indikatorlar hazırlanacaq

11:37 25 Dekabr 2015
19 Sosial
Ölkə mətbuatı
A- A+

"Report"un məlumatına görə, bu müddəa Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün strategiya” sənədində əksini tapıb.
Layihə 2016-2018-ci illəri əhatə edəcək.
Sənədə əsasən, QİX yükünün, onların risk amillərinin monitorinqi mövcud səhiyyə informasiya sisteminə daxil ediləcək, müvafiq qurumların müəyyən edilməsi, zəruri proqram təminatı, cəlb olunmuş heyətin təlimi, avadanlıq təchizatı həyata keçirilməklə, xərçəng, diabet, hipertoniya və s. xəstəliklərin registrləri təşkil olunacaq. Bundan başqa, QİX-in qeydiyyatı və onlara dair hesabat üçün lazımi informasiya texnologiya avadanlığı təmin ediləcək, QİX və onların risk amillərinə dair nəzarət sisteminin inteqrasiyası nəticəsində milli səhiyyə informasiya sistemi gücləndiriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR