Bayram günləri üçün Azərbaycandakı hotellərdə yerlərin 90 faizi sifariş olunub

Bayram günləri üçün Azərbaycandakı hotellərdə yerlərin 90 faizi sifariş olunub
11:38 25 Dekabr 2015
34 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Yeni il bayramı günləri üçün Azərbaycanın turizm regionlarındakı hotellərdə yerlərin 70-75, bəzi yerlərdə isə hətta 90 faizi artıq sifariş olunub. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, bu göstəricilər Azərbaycan vətəndaşlarının Yeni ili əsasən öz vətənlərində keçirəcəyini göstərir.

Ə.Qarayevin sözlərinə görə, hələlik süni qiymət artımına yol verilməməsinə çalışırlar: "Sözsüz ki, manatın devalvasiyasının qiymətlərə təsiri olacaq. Amma bu təsirin tənzimlənməsi daxili bazardan asılıdır. Əgər bazarda qida məhsullarının qiyməti qalxacaqsa, sözsüz ki, hoteldə də qiymət artmalıdır, artmayacaqsa, hoteldə də qiymət artmayacaq. Bunlar bir-birinə bağlıdır".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2474019.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR