Taekvondo üzrə Azərbaycan çempionatı keçirilir

Taekvondo üzrə Azərbaycan çempionatı keçirilir
11:53 25 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Dekabrın 25-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində böyüklər arasında taekvondo üzrə Azərbaycan çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının (ATF), Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi çempionatda paytaxtda və bölgələrdə fəaliyyət göstərən komandaların idmançıları mübarizə aparırlar.
Çempionat ölkəmizdə taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, federasiya mütəxəssislərinin və hakimlərinin peşəkarlığının, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədini daşıyır.
Üç gün davam edəcək turnirdə səkkiz çəki dərəcəsi üzrə kişi və qadın taekvondoçular yarışırlar. Çempionatın birinci günündə kişilərin yarışında 54, 63 və 87, qızlar arasında isə 67 kiloqram çəki dərəcələri üzrə mübarizə aparılır.
Yarışların keçirilməsinə federasiyanın hakimlər və təşkilat komitələri rəhbərlik edir.
“Daeodo” beynəlxalq taekvondo sistemi ilə keçirilən turnirdə “video-təkrar” sistemi də tətbiq olunur.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR