"Ermənistan bütün uğurlarını Rusiyaya zərbə vurmaqdan qazanıb"

"Ermənistan bütün uğurlarını Rusiyaya zərbə vurmaqdan qazanıb"
11:57 25 Dekabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənilərin fikrincə, Rusiyanın strateji müttəfiqi olmaq üçün rus dilinə qarşı mübarizə aparmaq lazımdır.

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

O qeyd edib ki, "Novosti Armeniya" saytının onillik yubileyində Rusiyanın Ermənistandakı səfiri İ.Volınkin saytın rəhbərini, əməkdaşlarını Ermənistanda rus dilli mühitin inkişafındakı xidmətlərinə görə mükafatlandırdı: "Eləcə də digər təşkilatları da bu saytın əməkdaşlarını təltif etməyə təşviq etdi. Rus dilinin inkişafında "böyük xidməti" olan bu saytın ən ciddi uğurunun mahiyyətini anlamaq üçün saytın domenində baş verən dəyişikliyə diqqət yönəltmək lazımdır. "Newsarmeniya" saytı ".ru" domenindən imtina etdi, ".am" domeninə keçdi. Ermənistanda rus dilinə münasibət fonunda bu dəyişiklik ötəri hesab edilməməlidir. Hal-hazırda Ermənistan rus dilinə qarşı mübarizənin yeni aktivliyi dövrünü yaşayır. Rusiya səfirinin bu parametrə fikir verməməsi erməniləri rus dilinə qarşı mübarizəyə daha da şirnikləşdirir. Ermənistanda rus dilinə qarşı mübarizə təkcə cəmiyyətin işi deyil, rus dilinə qarşı mübarizə S.Sərkisyanın rəsmi siyasətindən qaynaqlanır. Avrasiya İqtisadi Komissiyası AİB-də rəsmi dilin rus dili olduğunu bir neçə dəfə yada salıb. Hətta Ermənistana Avrasiya İqtisadi Komissiyası ilə yazışmalarda rus dilinin istifadəsinin məcburiliyi barədə rəsmi nota göndərdi. Avrasiya İqtisadi Komissiyasının bu notasına cavab olaraq rəsmi Yerevan "Newsarmeniya" saytını ".ru" domenindən ".am" domeninə keçirdi. Səfir İ.Volınkin atdığı addımlarla ".ru" domenindən imtinanın faydalı olduğunu təsdiqlədi".

Politoloq bildirib ki, Ermənistanda antirusiyaçılığın, rus dilinə qarşı mübarizənin mənbələrindən biri həmişə Moskvada olmuşdur: "Moskvanın hesabına milyarder olmuş "Ameriabank"ın sahibi R.Vardanyan Ermənistanda ingilis dilinin inkişafına investisiya qoyur. Rus dilinin inkişafı istiqamətində heç bir layihə reallaşdırmayıb. Və ya Moskvadakı erməni mənşəli bir nömrəli milyarder Samvel Karapetyan. "Taşir" qrupuna uğur Kalinino kəndinin adını Taşirə dəyişdikdən sonra gəldi. Elə bil, ermənilər sınaqdan keçiriblər: Uğur və antirusiyaçılıq düz mütənasibdir".

M.Əhmədoğlu deyib ki, Ermənistanda rus dilinə qarşı hücumun birinci dalğası zamanı M.Kolerov, S.Tarasov, K.Zatulin, N.Zaxarov, A.Areşev rus dilini müdafiə etmədilər: "Ermənistanın rus dilinə hücum kampaniyasına birbaşa və ya dolayısı yolla dəstək verdilər. Dağlıq Qarabağ münaqişəsi regionunda hərbi aktivlik və Türkiyə-Rusiya münasibətlərindəki gərginlik fonunda Ermənistanın Rusiyanın yeganə strateji müttəfiqi olması ifadəsi tez-tez işlənir. Amma bu müttəfiqliyin Ermənistanda rus dilinə qarşı hücumları niyə dayandırmadığı bəlli deyil".

Onun sözlərinə görə, Cənubi Qafqazda Rusiyanın ən ciddi problemi kommunikasiya problemidir: "Çar Rusiyasından üzü bəri Rusiya İran və Türkiyə sərhədi boyunca dəmir yolu əlaqəsinə malik olub. Sovet dövründə bu yolla Ermənistana yüklərin 85 faizi daşınırdı. Bu gün məhz Ermənistanın hesabına Rusiya Cənubi Qafqazda ən əsas rıçaqından məhrum olub. Bu da erməni düşüncəsinə görə, Rusiya ilə strateji müttəfiqliyi artıran məsələdir.

Dağlıq Qarabağ münaqişəsi regionunda atəşkəs rejiminin pozulması intensivləşib. Hərbi insidentlərin sayı artıb. Amma nədənsə Rusiyanın strateji müttəfiqi Ermənistan Rusiyanın siyasilərinə, Dövlət Dumasının üzvlərinə deyil, ABŞ siyasilərinə və konqresmenlərinə müraciət ünvanlayır. Rusiyanın strateji müttəfiqi olan Ermənistan bütün uğurlarını Rusiyaya zərbə vurmaqdan qazanıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/392997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR