Nigeriyada maye qaz zavodunda partlayış: 100-dən çox ölü

Nigeriyada maye qaz zavodunda partlayış: 100-dən çox ölü
11:58 25 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, Nihad Budaqov, AZƏRTAC 
Nigeriyanın cənubundakı Nnevi bölgəsindəki Anambrada maye qaz stansiyasında baş vermiş partlayış nəticəsində 100-dən çox insan faciəvi şəkildə həlak olub.
AZƏRTAC “aljazeera.com”a istinadla xəbər verir ki, partlayışın yanğından sonra meydana gəldiyi bildirilir. Partlayışın gücü ilə qəsəbədəki bütün binaların şüşələri qırılıb və bir çox evə böyük ziyan dəyib.
Hadisə şahidləri yanğının qazı boşaldan tankerin lazımi soyuma müddətinin başa çatmasını gözləmədiyinin səbəb olduğunu bildirirlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR