“İstedadların inklüziyası” layihəsi çərçivəsində məktəblilərin əl işləri sərgilənib

“İstedadların inklüziyası” layihəsi çərçivəsində məktəblilərin əl işləri sərgilənib
12:08 25 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25, dekabr, AZƏRTAC
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və Nərimanov rayonu məktəb-lisey kompleksinin təşkilatçılığı ilə Bakıda “İstedadların inklüziyası” layihəsi çərçivəsində məktəblilərin əl işləri sərgilənib.
ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan layihənin məqsədi şagirdlərin istedadlarının üzə çıxarılması, inklüziv təhsilə cəlb olunan məktəblilərin əl işlərini sərgiləməklə onların cəmiyyətə inteqrasiyasıdır.
Layihə çərçivəsində təşkil edilən sərgidə şagirdlərin bilik və bacarıqlarını, praktiki təcrübələrini əks etdirən əl işləri nümayiş olunub.
Tədbirdə Milli Məclisin deputatları, Gənclər və İdman Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Nərimanov Rayon İcra Hakimiyyətinin, habelə rayonun gənclər və idman idarəsinin nümayəndələri iştirak ediblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Istedadlarin_inkluziyasi_layihesi_cherchivesinde_mekteblilerin_el_isleri_sergilenib-914243

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR