Beynəlxalq Bankın 2 milyard manatlıq problemli aktivləri təmizlənib

Beynəlxalq Bankın 2 milyard manatlıq problemli aktivləri təmizlənib
12:14 25 Dekabr 2015
26 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) reytinqinə yenidən baxıb.

 

"APA-Economics"in verdiyi xəbərə görə, agentlik bankın kredit reytinqini "BB" səviyyəsində saxlayıb.

 

Agentliyin mütəxəssisləri bildirir ki, bu qərar Azərbaycan hökumətinin bankın aktivlərinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində göstərdiyi dəstəyi əks etdirir.

 

Məlumatda qeyd edilib ki, noyabr ayında və dekabr ayının əvvəlində bankın 2 mlrd. manat həcmində problemli krediti təmizlənib: "Bank bundan əldə olunan vəsaitin böyük qismini xarici valyutaya konvertasiya edib. Qalan 1 mlrd. manat həcmində problemli kreditin cari ilin sonuna qədər təmizlənməsi planlaşdırılır".

 

Bankın rəhbərliyindən "Fitch"ə verilən məlumata görə, aktivlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bütün zəruri addımlar atılacaq.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226538

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR