Azərbaycanın 1 milyonluq yardımı Qırğızıstanda (VİDEO)

Azərbaycanın 1 milyonluq yardımı Qırğızıstanda (VİDEO)
12:16 25 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın bir milyonluq yardımı Qırğızıstana çatdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin cari ilin dekabr ayının 7-də Azərbaycan Hökuməti adından Qırğız Respublikasının Oş vilayətində baş vermiş güclü zəlzələ ilə əlaqədar həmin ölkəyə göndərdiyi humanitar yardım bu gün ünvana çatdırılıb.



ANS PRESS-in məlumatına görə, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınan və ümumi dəyəri bir milyon manat olan humanitar yardıma 19 ton qənd, 19 ton şəkər tozu, 19 ton düyü, 8 tondan artıq çay, 16 tondan artıq bitki yağı, 38 ton un, 19 ton makaron, 18 tondan artıq vermeşil, 3500 ədəd yataq dəsti (yastıq, ədyal, döşək ağı dəsti), 50 ədəd generator, 240 ədəd çadır, 6006 kv m dam örtüyü (dəmir şifer), 70 kub m taxta, 40.000 metr reyka, 26 tondan artıq benzin, 29 tona yaxın dizel və 195 ədəd istilik sobası daxildir.



Güclü zəlzələ dekabrın 7-də baş verib. Zəlzələ Tacikistanda qeydə alınıb. İlkin məlumatda gücü 7,2 bal olan zəlzələ 3 respublikada hiss edilib - Qırğızıstan , Özbəkistan və Qazaxıstanda.

Adıçəkilən Oş vilayəti zəlzələnin ən çox hiss edildiyi vilayətlərdən olub.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=368136

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR