Tələbə qızı maşın vurdu

Tələbə qızı maşın vurdu
12:27 25 Dekabr 2015
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. 

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində Vəfalı Məhərrəmov idarə etdiyi "Mercedes" markalı avtomobillə Əsmər Əkbərovanı vurub. 

Yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Vəziyyəti normaldır. Faktla bağlı araşdırma aparılır. 
Qeyd edək ki, Əsmər Əkbərova Gəncə Dövlət Universitetinin tələbəsidir.

Milli.Az 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR