“Unibank”ın reytinqi əvvəlki səviyyədə təsdiqlənib

“Unibank”ın reytinqi əvvəlki səviyyədə təsdiqlənib
12:28 25 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Fitch Ratigns beynəlxalq reytinq agentliyi “Unibank”ın reytinqini əvvəlki səviyyədə təsdiqləyib.
Bankdan AZƏRTAC-a bildirilib ki, Fitch ekspertləri vurğulayıblar ki, “Unibank” devalvasiyadan sonra bütün normativ tələblərə cavab verir. Qeyd edək ki, beynəlxalq agentliyin dəyərləndirməsinə görə, bankın bu il üçün reytinqi “B” səviyyəsində müəyyənləşdirilib.
Beynəlxalq reytinq agentliklərinin ekspertləri Azərbaycanın öndə gedən banklarından biri olan “Unibank”ın reytinqinin yenilənməsinin maliyyə göstəricilərinin gələcək sabit artımından asılı olacağını bildirirlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Unibankin_reytinqi_evvelki_seviyyede_tesdiqlenib-914253

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR