Qarabağ əlilləri və şəhid ailələrinə 17 ev verilib

Qarabağ əlilləri və şəhid ailələrinə 17 ev verilib
12:29 25 Dekabr 2015
25 Sosial
Ölkə mətbuatı
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Salyan rayonunda inşa etdirilmiş 17 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verilib.

 

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, evlərin təqdim olunması zamanı Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, dövlət başçısının müvafiq sərəncamı müharibə əlillərinin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində mühüm addımların atılmasına şərait yaradıb.

 

Sərəncama əsasən, ƏƏSMN-nin sifarişi ilə müharibə əlilləri və şəhid ailələri üçün respublikanın bölgələrində 375 fərdi yaşayış evinin tikintisi işləri aparılıb.

 

Cari ildə inşası başa çatmış fərdi evlərdən 82-si, hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 56 mənzil onlara təqdim olunub. Həmçinin Tərtər rayonunda 54 mənzilli yaşayış binası bu təbəqələrdən olan şəxslərin istifadəsinə verilib. Ümumilikdə, cari ildə nazirlik tərəfindən artıq 192 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin edilib. Hazırda Bakıda və ölkənin bölgələrində həmin insanlar üçün çoxmənzilli və fərdi yaşayış evlərinin inşası, hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri uğurla davam etdirilir.

 

Bu günlərdə imzalanan 21 dekabr tarixli Sərəncamla müharibə əlillərinin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Prezidentin ehtiyat fondundan daha 10 milyon manat vəsait ayrılIB.

 

Daha sonra əlil ictimai birliklərinin nümayəndələri çıxış edərək, ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əlilliyi olan şəxslərin, şəhid ailələrinin hərtərəfli dövlət qayğısı ilə təmin olunması, onların mənzillə təminatı sahəsində aparılan məqsədyönlü işləRə görə minnətdarlıqlarını ifadə ediblər. 

 






Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226539

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR