​Vergilər Nazirliyi yanında yeni departament yaradılıb

​Vergilər Nazirliyi yanında yeni departament yaradılıb
12:37 25 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 25 dekabr. REPORT.AZ/ Vergilər naziri Fazil Məmmədovun əmri ilə Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamenti yaradılıb. Bu barədə "Report"a Nazirliyin analitik-informasiya şöbəsindən məlumat verilib.
Məlumata görə, yeni yaradılmış strukturun ştat tərkibi Bakı Vergilər Departamentinin işçiləri hesabına formalaşdırılıb.
Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisinin I müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Zaur Fətizadə 1 saylı Vergilər Departamentinin rəisi vəzifəsinə təyin olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR