Salyanda 17 fərdi ev müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib

Salyanda 17 fərdi ev müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib
12:38 25 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Salyan, 25 dekabr, Mahir Babayev, AZƏRTAC
Prezident İlham Əliyevin əlil və şəhid ailələrin sosial məişət şəraitinin yaxşılaşdırılmasına dair Sərəncamına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Salyanda 17 fərdi evi müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verib.
AZƏRTAC xəbər verir ki, evlərin 8-i Çuxanlı, 3-ü Qarabağlı, qalanı isə Aşağı Noxudlu, Şəkərli, Kürsəngi, Babazanlı və Kürkənd kəndlərində tikilib. 10-u ikiotaqlı, 7-si üçotaqlı olan evlərə qaz və elektrik xətləri çəkilib, istilik sistemi quraşdırılıb. Evlərin hər biri mebel və digər zəruri avadanlıqlarla təchiz edilib.
Evlərin əlil və şəhid ailələrinə təqdim olunması münasibətilə keçirilən mərasimdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bu katoqoriyadan olan insanların sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlətimizin başçısının Sərəncamının icrası barədə məlumat verib. Bildirilib ki, ölkəmizdə əlil və şəhid ailələrinin cəmiyyətə inteqrasiyası, onların reabilitasiyası, mənzillə təminatı daim diqqət mərkəzindədir və bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin əlil və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı bunun əyani nümunəsi kimi səciyyələndirilib.
Mərasimdə şəhid ailələri və müharibə əlillərinin sosial təminatının gücləndirilməsi üçün digər sahələrdə həyata keçirilən tədbirlərdən də bəhs olunub.
Yeni evlərlə təmin olunan müharibə əlilləri və şəhid ailələri ölkəmizdə hər bir vətəndaşın, o cümlədən imtiyazlı insanların sosial firavanlığının təmin olunması üçün aparılan siyasəti təqdir ediblər.
Sonda evlərə baxış keçirilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Salyanda_17_ferdi_ev_muharibe_elilleri_ve_sehid_ailelerinin_istifadesine_verilib-914257

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR