Yaşayan şəhidlər, bir qala məsumiyyət, Çukurcümə caddəsindən REPORTAJ

Yaşayan şəhidlər, bir qala məsumiyyət, Çukurcümə caddəsindən REPORTAJ
12:39 25 Dekabr 2015
35 Sosial
Ölkə mətbuatı
A- A+

“Əsirlikdə hamilə qalıb dünyaya gətirdikləri uşaqları nə edəcəklərini bilməyən qadınların acıları...”

 

 

Təyyarədə Anton Çexovun “Qeyd dəftərçələri. Məktublar”ını vərəqləyirəm. Bu fikirlər beynimdə ilişib qalır: “Hakim sinif uzun müddət müharibəsiz yaşaya bilmir. Onlar müharibəsiz darıxırlar. Bayram əhval-ruhiyyəsi onları yorur, əsəbiləşdirir, nə üçün yaşadıqlarını bilmirlər, bir-birlərinin ətini yeyir, bir-birlərini daha çox sancmağa çalışır, bir-birlərini və özləri özlərini bezdirməmək üçün var güclərini sərf edirlər. Nəhayət, müharibə başlayır, hamını cəzb edir və ümumi dərd onları birləşdirir”.

 

Onları birləşdirir, bizi isə ayırır. Müharibə qərarlarını da kişilər verir, döyüşə də kişilər yollanır. Sonunda ya qalib gəlirlər, ya da məğlub olurlar... Amma biz qadınlar müharibənin ardından yerlə-yeksan oluruq. Ata, ər, oğul, qardaş itiririk... Onlar müharibədə bir dəfə ölür, biz isə hər gün... Müharibə bitir, silahlar susur, amma ömründə bircə dəfə də olsun müharibəni hiss edən qadın hər gün yenidən ölür... Müharibənin qayıdacağı qorxusu ilə...

 

Uşaq olanda elə bilirdim müharibə qara geyimli, arıq, kədərli gözləri yollara dikilən qadınlar və onların ətəyindən yapışıb dayanan yarıac, sevincsiz uşaqlar deməkdir... Elə bilirdim müharibə haradasa lap uzaqlarda olur. Atalar, əmilər, dayılar, qardaşlar ora, o uzaqlara gedirlər. Kədərli qadınlar isə kişilərin də yerinə işləyir, uşaqları böyüdür, ağır işlərdən əlləri qabaq atır, yollara baxır və kişilər uzaqlarda təklikdən donmasınlar deyə onlar üçün corab toxuyurlar...

 

İlk bomba səsini eşidəndə gördüklərimdən anlamışdım ki, müharibə yaxınlarda da olur və o ancaq uzaqlarda olanda qadınlar kişilər üçün səbirlə corab toxuya bilirlər... Müharibə evinin içində olanda, analar balalarını mərmi adlı yırtıcıdan qorumaq üçün dişi canavara çevrilirlər...

 

Bu düşüncələr dünyanı sarmış müharibə qoxulu günlərin birində Türkiyənin Bursa şəhərində keçirilən “Savaşların yaşayan şəhidləri: Analar və uşaqlar” adlı beynəlxalq konfransa gedərkən məni rahat buraxmır.

 

Hollandiya, Bosniya-Hersoqovina, Türkiyə və Azərbaycan nümayəndələrinin iştirak etdiyi konfransı Azərbaycan Kültür Dərnəyi ilə Hollandiya Avrasiya Vəqfi təşkil edib. Məni savaşın yaşayan şahidi – araşdırmaçı yazar kimi dəvət ediblər. İştirakçılara bir müharibə uşağının yaşadıqlarını və böyüdükdən sonra da qulağından güllə səsi, burnundan barıt qoxusu, canından müharibə qorxusu getməyən jurnalist kimi hazırladığım savaşın yaşayan şahidləri – girovların həyat hekayəsini anlatmalıyam...

 

Savaşı yaşamaq xatırlamaqdan da, anlatmaqdan da asandır... Amma bunu kimsəyə izah edə bilmirsən. Bunu heç Lent.az-da “Əsir düşərgəsi” hekayələrini yazarkən müsahiblərim də mənə izah edə bilmirlər... Bəlkə də, açıq sahəyə bombalar yağanda sığınacaq tapıb daldalanmaq daha asandır, nəinki o günləri sözə çevirmək...

 

Sığınacaq demişkən... Konfransın keçirildiyi zal xüsusi olaraq belə seçilmişdi, ya təsadüfdü, bilmirəm, özümü bir qalaya – sığınacağa qısılmış hiss etdim. Təşkilatçıları qadın olan (Azərbaycan Kültür Dərnəyi Bursa şöbəsinin rəhbəri Handan Askeran Ton, Azərbaycan Kültür Dərnəyi qadın qollarının başçısı Nəsrin Ünal və Hollandiya Avrasiya Vəqfinin rəhbəri Fatma Aktaş) konfransın iştirakçıları da qadınlar idi, bizi dinləyənlərin əksəriyyəti də... Qadınlar qədim bir qalaya toplanıb, dünyanın astanasında dayandığı müharibəni lənətləyir, savaşlara yox deyirdi...

 

Bir müharibə uşağı üçün bu konfransa qatılmaq elə 23 il öncə müharibədən qaçıb daldalandığımız sığınacaqları xatırladırdı. O vaxtlar kişilər hamısı silaha sarılmışdı, onlar səngərdə torpağı, qadınlarsa evlərdə bizi qoruyur, güllə, bomba səsi eşidən kimi sığınacaqlara qaçırırdılar...

 

Sığınacaqlar qadın və uşaqlarla dolu olurdu... Hamı müharibəni lənətləyir, bir an öncə bitməsini arzulayırdı...

 

Bu konfransda da eyni ilə belə idi. Qadınlar savaşa yox deyirdilər. Azərbaycan Kültür Dərnəyinin Bursa şöbəsinin rəhbəri Handan Askeran Ton konfransın məqsədini belə açıqladı: “Son 25 il ərində Qarabağda, Balkanlarda, Bosniya-Hersoqovinada, bu gün İraq və Suriyadakı savaşlarda qənimət olaraq istifadə edilən, orqan mafiyasının əlinə düşən, əsirlikdə hamilə qalıb dünyaya gətirdikləri uşaqları nə edəcəklərini bilməyən qadınların acılarını dilə gətirməyə çalışacağıq. Qadın və uşaqların savaşlarda yaşadıqları illərlə toplum içində böyük travmalara səbəb olur. Dünya bu savaşlara bir “dur” desin artıq! Savaşlar bitsin, silahlar sussun, dünyada barış olsun!”

 

Bosniya-Hersoqovinadan gələn savaş şahidi, əsirlik həyatı yaşayan 74 yaşlı qadın ərinin gözü qarşısında necə təcavüzə məruz qalmasından danışdı... Çıxışını bitirə bilmədi... Halı pisləşdi...

 

Düşündüm ki, kaş bu qadınlarla bizim girovluq yaşamış qadınları görüşdürmək imkanım olardı... Onlar bir-birini elə gözəl anlayar, yaralarına elə yaxşı məlhəm olardılar ki... İllərdir qəhər kimi boğazlarına tıxanıb qalan ,heç kimə deyə bilmədikləri sözləri bir-birlərinə rahat danışa bilərlər... Mənə qalarsa, bizim qadınlar bosniyalı qadınların savaşda məruz qaldıqları təcavüzdən sonra verdikləri həyat mücadiləsini birbaşa onların dilindən dinləməlidirlər...

 

...Konfransın növbəti günü isə müharibə haqqında çəkilən filmlərə baxış və müzakirə ilə davam etdi. Litvalı rejissor Aleksandras Brokasın Xocalı faciəsi haqqında çəkdiyi “Sonsuz Dəhliz” (“Endless Corridor”) filmi nümayiş etdirildi. Filmi izləmək ağır idi, amma nə gizlədim, filmi izləyərkən Bursalıların mənə sizin Valeh, sizin Mehriban deməklərindən xoşlandım. “Əsir düşərgəsi”nin burada oxunmasından məmnun idim. Baxmayaraq ki, bir neçə türk saytı layihənin hekayələrini türkcəyə çevirib yayımlayır, indi gördüm ki, heç buna da ehtiyac yoxdur. Oxucular Lent.az-dan “Əsir düşərgəsi”ni izləyirlər.

 

Konfransda həm də “Əsir düşərgəsi” layihəsinin materialları əsasında “APA Holding”in dəstəyi ilə hazırlanan “Cəhənnəmdə böyük çığırtı” kitabını təqdim etdik. Bu haqda çox yazmayacağam, oxucum bilir, kompleksim var.

 

Tədbirin sonunda konfransdakı çıxışlardan hazırlanan hesabat Birləşmiş Millətlər Təşkilatına göndərildi...

 

Mən isə boğazımda tıxanıb qalan qəhəri udmaq üçün bir yol axtarıram... Müharibə uşağının – keçmişi olmayan insanın rahat nəfəs alması asan deyil... Üstəlik də ətrafında günlərcə ancaq müharibə və onun qurbanları müzakirə olunubsa....

 

Mənimsə boğulma lüksüm yoxdur. Hər dəfəsində bir səbəb tapıb, yaşamağa davam edirəm. Çünki hələ müharibənin ilk zərbəsini alarkən özümə bir söz vermişdim – Mən müharibəyə qalıb gələcəyəm! Məhv olmayacağam!

 

Bu dəfə nədən güc alacağımı bilmirəm... Bakıya dönüşümdə yolum İstanbulun Çukurcümə caddəsindən keçir... Orxan Pamuk “Məsumiyyət muzeyi” romanında Füsunun yaşadığı evin yolunu o qədər mükəmməl təsvir edib ki, şəhərə gələn qonaq belə oranı rahatca tapa bilər... Romandan yadımda qalan yollarla gedib, düz Keskin ailəsinin yaşadığı evə çıxıram...

 

Bura o qədər xatirə qoxuludur ki, səssizlikdə o məsum əşyaların arasında öz xatirələrinə toxunmuş olursan... Axı bizim, xüsusi ilə müharibə uşaqlarının öz içlərində bir məsumiyyət muzeyi var... Ata qoxulu, nənə ətirli... gəlincikli, yelləncəkli... Hüzurlu...

 

Yazını burada saxlayacağam. Qismət olarsa, bu günlərdə “Məsumiyyət muzeyi”ndən reportajı sizə təqdim edərəm. Hələ ki, çalışın heç bir savaşa dəstək olmayın. Heç məhəllə davasını da dəstəkləməyin. Necə deyirdi Albert Enşteyn? “İnsanlar müharibəyə getməkdən vaz keçmədikcə, heç bir müharibəni dayandırmaq mümkün deyil!”






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Tillersondan xəbərdarlıq -

22 Sentyabr 2017 01:24

Tramp: “Ərdoğan mənim dostumdur”

22 Sentyabr 2017 01:14

Hacıqabulda məsciddən oğurluq edən şəxs saxlanıldı

22 Sentyabr 2017 01:08

"Atletiko" rəsmən açıqladı -

22 Sentyabr 2017 01:02

Masturbasiya haqqında bilmədiyiniz 7 HƏQİQƏT

22 Sentyabr 2017 00:53

Yəməndə vəba epidemiyasına yoluxanların sayı 700 minə çatıb

22 Sentyabr 2017 00:44

Məşhur aktrisa restorana ELƏ GEYİMDƏ GƏLDİ Kİ... - FOTOLAR

22 Sentyabr 2017 00:38

Xızıda 794 ədəd partlamamış hərbi sursat tapıldı

22 Sentyabr 2017 00:29

Azərbaycanda sürücü olmağın şərtləri xeyli çətinləşdi

22 Sentyabr 2017 00:23

Rahoy Kataloniyaya referendumla bağlı xəbərdarlıq etdi -

22 Sentyabr 2017 00:20

İstanbulda təyyarə yandı: 4 yaralı

22 Sentyabr 2017 00:19

Astroloji proqnoz - 22 sentyabr

22 Sentyabr 2017 00:13

Məsciddən nasos və mikrofon oğurlayan şəxs tutuldu

22 Sentyabr 2017 00:09

İstanbulun Atatürk hava limanında təyyarə qəzaya uğrayıb

22 Sentyabr 2017 00:02

Bu gündən etibarən Məhərrəm ayı başlayır

22 Sentyabr 2017 00:02

Tehran nüvə silahı əldə etmək niyyətində deyil -

22 Sentyabr 2017 00:01

ABŞ Şimali Koreyaya qarşı yeni maliyyə sanksiyaları tətbiq edib

21 Sentyabr 2017 23:52

"Lotu Qulinin adamları" şou-biznesi çökdürmək istəyirmişlər

21 Sentyabr 2017 23:48

Türkiyə, İran və İraq birgə bəyanat qəbul etdi -

21 Sentyabr 2017 23:45

İnternetin yeni fenomeni 18 milyon baxış topladı - FOTO/VİDEO

21 Sentyabr 2017 23:38

Azərbaycan neftinin SON QİYMƏTİ -

21 Sentyabr 2017 23:33

Bakıda "narkobaron" həbs edildi

21 Sentyabr 2017 23:28

Rusiya 850 terrorçunu belə məhv etdi -

21 Sentyabr 2017 23:23

"QAZ" və "VAZ" yandı

21 Sentyabr 2017 23:19

İstanbulda təyyarə qəzası - VİDEO

21 Sentyabr 2017 23:13

Çexiyanın milli bayramı Bakıda qeyd edildi

21 Sentyabr 2017 23:04

"Qarabağ"ın rəqibinin futbolçusu 150 minlik maşınla qəzaya düşdü - FOTOLAR

21 Sentyabr 2017 23:03

İsrail polisi Avropa parlamentindən olan nümayəndələrə hücum edib

21 Sentyabr 2017 23:02

Bu görüntülər sizi dəhşətə gətirəcək -

21 Sentyabr 2017 22:52

Türkiyədə silah səsləri eşidildi -

21 Sentyabr 2017 22:46

"Harvi"nin vurduğu ziyan - 600 milyon dollar

21 Sentyabr 2017 22:38

Azərbaycanda kredit tarixçəsinin alınması ilə bağlı qayda təsdiqləndi

21 Sentyabr 2017 22:28

Erməni deputatlar Bakıda səfərdədir

21 Sentyabr 2017 22:28

BMT baş katibi Ruhanidən xahiş etdi

21 Sentyabr 2017 22:19

İstəyən hər qız “Taxt oyunları”nın qəhrəmanı ilə cinsi əlaqədə olacaq: İNANILMAZ İMKAN - FOTO (18+)

21 Sentyabr 2017 22:13

Azərbaycanın təşkil etdiyi hər bir yarış çox möhtəşəm keçir -

21 Sentyabr 2017 22:12

Azərbaycanda kredit tarixçəsinin alınması ilə bağlı qayda təsdiqləndi

21 Sentyabr 2017 22:06

"Çelsi"nin futbolçusu ağır yol qəzasına düşüb

21 Sentyabr 2017 22:02

"Mariya" qasırğası şiddətini artırır -

21 Sentyabr 2017 22:00

Lənkəran sakini qatarın altında qaldı

21 Sentyabr 2017 21:58

Terror təşkilatı Suriyada seçkilər keçirəcək

21 Sentyabr 2017 21:43

Ermənistan parlamentinin deputatları Bakıya niyə gəliblər?

21 Sentyabr 2017 21:38

Lənkəranda qatar yerli sakini vurub

21 Sentyabr 2017 21:37

Erməni deputatlar Bakıdadır

21 Sentyabr 2017 21:34

Iraq ordusundan hazırlıq -

21 Sentyabr 2017 21:34

Göyçayda 62 yaşlı kişi özünü kanala atdı

21 Sentyabr 2017 21:28

Dünyanın ən yaşlı qadını dünyasını dəyişib

21 Sentyabr 2017 21:27

Sabah Yaxın Şərqin gələcəyi müəyyən ediləcək: Türkiyə ordusu HAZIRDIR

21 Sentyabr 2017 21:18

"Harvi"nin vurduğu ziyan açıqlanıb -

21 Sentyabr 2017 21:14

ANAM üçün

21 Sentyabr 2017 21:03