POLİS: "Cəlilabadda aksiya yox, hədiyyə kampaniyası keçirilib"

POLİS: "Cəlilabadda aksiya yox, hədiyyə kampaniyası keçirilib"
12:59 25 Dekabr 2015
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Marketə axışan insanlar magistral yolun bağlanmasına səbəb olub

Bu gün sosial şəbəkələrdə və bəzi KİV-də Cəlilabad rayonunda əhalinin aksiya keçirməsi və Ələt-Astara magistralını bağlaması barədə məlumatlar yayılıb.

Lent.az məsələ ilə bağlı Cəlilabad rayon Polis Şöbəsi ilə əlaqə saxlayıb. Şöbədən bildirilib ki, əslində əhali deyildiyi kimi etiraz aksiyası keçirməyib. Sadəcə bu gün magistral yolun kənarında yerləşən marketlərdən birində hədiyyə kampaniyası keçirilib və kampaniyadan xəbər tutan insanlar, eləcə də magistral yoldan keçən avtomobillər ticarət obyektinə axışıb. Bu səbəbdən də yolda tıxac yaranıb.

 

Əraziyə cəlb edilən polis qüvvələri magistral yoldakı tıxacı aradan qaldırıb və normal hərəkət bərpa edilib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR