Şənbə gününün HAVASI: Külək, duman...

Şənbə gününün HAVASI: Külək, duman...
12:59 25 Dekabr 2015
24 Sosial
Ölkə mətbuatı
A- A+

Dekabrın 26-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Gündüz cənub-qərb küləyi axşama doğru arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 4-6 dərəcə, gündüz 10-15 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən  yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 2-7 dərəcə, gündüz 10-15 dərəcə isti, dağlıq rayonlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Dekabrın 26-27-də Abşeron yarımadasında meteoloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR