10 dini icmaya maliyyə yardımı ayrıldı

10 dini icmaya maliyyə yardımı ayrıldı
13:09 25 Dekabr 2015
15 Sosial
Ölkə mətbuatı
A- A+

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış 10, yeni qeydiyyatdan keçmiş 5 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.

DQİDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, toplantıda Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq Sərəncamın əhəmiyyətindən danışaraq  maliyyə vəsaitinin ayrılması ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədi yerlərdə dini maarifləndirmə işinin yüksək səviyyəyə çatdırılması olduğunu qeyd edib. 

Dini icmalara həyata keçirəcəkləri layihələrdə milli-mənəvi dəyərləri daha geniş şəkildə ictimaiyyətə çatdırmağı, maarifləndirmə işini yerlərdə təkmilləşdirməyi tövsiyə edən komitə sədrinin birinci müavini dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağı, rəhbərlik etdikləri icmaların radikalizmə qarşı ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini, ümummilli maraqlardan çıxış etmələrini məsləhət görüb.

Sonda yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib.

Qeyd edək ki, 2015-ci il ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Prezident İlham Əliyevin müvafiq sərəncama uyğun olaraq 87 dini icmaya maliyyə yardımı ayrılıb ki, bunlardan 19-u qeyri-islam, 68-i isə İslam dini icmasıdır. Ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində icmalar tərəfindən yerlərdə tədbirlər keçirilir.

Həmçinin, il ərzində Dövlət Komitəsi tərəfindən 52 dini icma qeydiyyata alınıb ki, bunlardan 49-u İslam, 3-ü isə qeyri-islam dini icmasıdır. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226551

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR