Dortmund "Borussiya"sı Henrik Mxitaryana yeni müqavilə təklif edəcək.
Metbuat.az "Bild"ə istinadən məlumat verir ki, tərəflər anlaşmağa yaxındırlar. Erməni futbolçunun hazırkı müqaviləsi 2017-ci ilin yayında bitir. Onun illik məvacibi 4,5 milyon avrodu.
Daha öncə PSJ-nin Mxitaryanla yaxından maraqlandığı barədə xəbərlər yayılmışdı.
Cari mövsümdə Almaniya Bundesliqasında 16 matçda meydana çıxan Henrik Mxitaryanın aktivində 6 qol, 10 assist var.