FIFA hakimlərimizin 2016-cı il üçün siyahısı açıqlanıb

FIFA hakimlərimizin 2016-cı il üçün siyahısı açıqlanıb
13:38 25 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
2016-cı il üçün Azərbaycanın FİFA hakimlərinin siyahısı təsdiqlənib. AZƏRTAC xəbər verir ki, ölkəmizi beynəlxalq oyunlarda təmsil edəcək hakimlərin adları artıq FİFA tərəfindən də təsdiqlənərək, AFFA-ya müsbət cavab göndərilib.
Ötən il olduğu kimi yenə siyahıda 22 azərbaycanlı referi yer alıb. Bir il əvvəl FİFA-nın açıqladığı siyahı ilə müqayisədə yeganə dəyişiklik futzalla bağlı olub. 2014-cü ilin dekabrındakı məlumatda Xəlil Hüseynlinın adı var idisə, sonradan qəzada həyatını itirən referini Fərid İslamov əvəzləyib.
Ümumilikdə isə siyahıyə üç FİFA hakimi, altı assistenti, dörd futzal, üç çimərlik futbolu hakimi, qadınlarda isə iki referi və dörd laysmanın adı salınıb.
Hakim: Əliyar Ağayev, Rəhim Həsənov, Orxan Məmmədov
Hakim köməkçisi: Yaşar Abbasov, Zeynal Zeynalov, Namiq Hüseynov, Mübariz Haşimov, Vaqif Musayev, Rza Məmmədov
Futzal üzrə FIFA referisi: Elçin Səmədli, Yusif Nurullayev, Ramil Namazov, Fərid İslamov
Çimərlik futbolu üzrə FIFA referiləri: Əfqan Həmzəyev, İnqilab Məmmədov, Sədaqət Vəliyeva
Qadın FIFA referiləri: Səbayel Qurbanova, Yuliya Qurbanova
Qadın FIFA referi köməkçiləri: Gülyana Güvəndiyeva, Xəyalə Əzizzadə, Aybəniz Əsgərzadə, Lamiyyə Sadıqova.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/FIFA_hakimlerimizin_2016_ci_il_uchun_siyahisi_achiqlanib-914282

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR