Bayram günlərində verilişlər yoxlanılacaq

Bayram günlərində verilişlər yoxlanılacaq
14:11 25 Dekabr 2015
32 Şou
Ölkə mətbuatı
A- A+

"Bayram günlərində televiziyalarda efirin qeyri-ciddi verilişlərlə həddindən artıq yüklənməsi narahatlığa səbəb olur".
 
Axşam.az-ın məlumatına görə, bunu Trend-ə açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

Onun sözlərinə görə, bayram günlərində şou xarakterli proqramların çox olması anlaşılandır:
 
"Lakin efir eyni tipli verilişlərlə də çox yüklənməməlidir".

Qurum rəsmisi qeyd edib ki, buna baxmayaraq Milli Televiziya və Radio Şurası yaradıcılıq məsələsində yayımçıların işinə qarışmır:

“Bayram günlərində insanlar istirahət etmək istəyir və yayımçılar da bunu başa düşür. Adətən, telekanallar bayram günləri əyləncəli verilişlər, milli-mənəvi dəyərlərə söykənən proqramlar və mədəni-maarif xarakterli verilişlərə də çox yer verirlər. Milli filmlərimiz də çox nümayiş olunur. Bu, yaradıcılıq işidir. Biz onların işinə qarışmırıq. Sadəcə onların yaradıcılıq işində konkret olaraq qanunvericiliyin tələblərinə riayət edib-etmədiklərini izləyəcəyik”.

Yeni il bayramında 5 gün qeyri-iş günü olsa da, bütün efirin video və audio yazı ilə qeydə alınacağını vurğulayan T. Dadaşov hətta ehtiyac yarandığı təqdirdə MTRŞ-nin əməkdaşlarının işə çıxacağını istisna etmir:

“İstirahətdən qayıtdıqdan sonra qeydə alınan video və audio yazılar çox ciddi şəkildə incələnəcək. Qanunvericiliyin hansı halları pozulubsa, onunla bağlı arayış tərtib edib Şuranın iclasına təqdim edəcəyik. Zərurət yaranarsa bayram günləri də işə çıxacağıq. İşimizi görüb, monitorinqlərimizi aparacağıq”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43148

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR