Gürcüstanın yeni baş naziri kim olacaq? - NAMİZƏD

Gürcüstanın yeni baş naziri kim olacaq? - NAMİZƏD
14:19 25 Dekabr 2015
12 Dünya
Ölkə mətbuatı
A- A+

"Gürcüstan parlamentindəki sağçı koalisiya - “Gürcü arzusu” baş nazir postuna Georgi Kvirikaşvilinin namizədliyini irəli sürməklə çox layiqli seçim edib”.

 

APA-nın məlumatına görə, bu sözləri baş nazir vəzifəsindən istefa vermiş İrakli Qaribaşvilideyib. İ. Qaribaşvili G. Kvirikaşvilinin onun çox yaxın dostu olduğunu bildirib: “Mən ona uğurlar arzu etmək istəyirəm. Biz onunla siyasətə gəlməzdən çox əvvəl birlikdə işləmişik. Siyasətdə də 3 il birlikdə işlədik və düşünürəm ki, bu əməkdaşlıq çox məhsuldar olub”.

 

Qeyd edək ki, parlament çoxluğunun baş nazirliyə namizədlə bağlı təklifi prezidentə göndərilib və dövlət başçısı öz növbəsində namizədliyi təsdiqləməlidir. Bundan sonra baş nazirliyə namizəd parlamentə Nazirlər Kabinetinin yeni tərkibini və öz proqramını təqdim edəcək. Sonda qanunverici orqan səs çoxluğu ilə yeni hökumətə etimadını ifadə etməlidir.

 

Xatırladaq ki, dekabrın 23-də İrakli Qaribaşvili baş nazir postundan istefa verdiyini bəyan edib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226565

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR