Fizika Problemləri İnstitutunun 10 illik yubileyi qeyd olunub (FOTO)

Fizika Problemləri İnstitutunun 10 illik yubileyi qeyd olunub (FOTO)
14:38 25 Dekabr 2015
16 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri İnstitutunun yaranmasının 10-cu ildönümünə həsr olunmuş “Fizikanın müasir problemləri” adlı 9-cu beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, konfransı açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov onun əhəmiyyətini qeyd edərək bildirib ki, konfrans elmin müxtəlif sahələrinin kəşisməsində aparılan tədqiqatların səmərəliliyinin artmasına öz töhfəsini verəcək.

Konfransa respublikanın bütün ali məktəblərindən, AMEA-nın institutlarından məqalələr daxil olduğunu deyən rektor onu da bildirib ki, konfransı 20-yə qədər xarici mütəxəssis onlayn müşahidə edəcək. O da məlum olub ki, konfransa Türkiyə, Rusiya, ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Pakistan, Monteneqro, Makedoniya və Polşanın aparıcı elmi müəssisələri və ali məktəblərindən 30-dək elmi məqalə göndərilib.

Qeyd edək ki, konfrans Opto-, Nanoelektronika, Kondensə olunmuş mühit fizikası, Bioloji sistemlər fizikası, Nəzəri və Riyazi fizika, Yüksək enerjilər fizikası, Astrofizika və Eko elmlər bölmələrində davam edəcək və ümumilikdə 184 məruzə dinləniləcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2474180.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR