İsveç hökuməti qaçqınları kruiz laynerində yerləşdirmək niyyətindədir

İsveç hökuməti qaçqınları kruiz laynerində yerləşdirmək niyyətindədir
15:03 25 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Stokholm, 25 dekabr, AZƏRTAC
İsveç KİV-ləri xəbər verirlər ki, hökumət krallığa gələn qaçqınları kruiz laynerinə yerləşdirmək niyyətindədir.
Böyük qaçqın axını üzündən İsveç hökuməti onları yerləşdirmək üçün yeni yerlər axtarmağa məcburdur. Bu məqsədlə çoxlu sayda ictimai binaların və tikililərin profili dəyişdirilib, lakin bu, kifayət etməyib. Odur ki, hökumətin nəzərdən keçirdiyi qərarlardan biri krallığa gələn qaçqınların kruiz gəmilərə yerləşdirilməsidir.
İsveçin hökumət orqanları bir neçə gəmi şirkəti ilə danışıqlara başlayıb. Nəticədə “Accumul8or Invest AB” şirkətinin rəhbəri ilə razılıq əldə edilib. Şirkətin təqdim edəcəyi gəmi 1260 qaçqın üçün ilkin yaşayış yeri olacaq.
Danışıqlardan sonra hökumət gəmilərin dayanacağı limanı seçməlidir. Bunun üçün bir neçə şəhərin, o cümlədən Stokholmun limanı nəzərdən keçirilir.
Bu il İsveç Aİ ərazisində əhalinin sayına görə ən çox miqrant qəbul edən ölkə olub. Bundan bir qədər əvvəl, ölkənin miqrasiya idarəsi yer olmamasına görə gələnləri çadır şəhərciklərində yerləşdirirdi. Ölkə, həmçinin miqrasiya qanunvericiliyini sərtləşdirir. Sərhədlərdə qaçqınların axınına nəzarət üçün yoxlamalar tətbiq olunub. Bu işə artıq hərbçiləri cəlb etmək planlaşdırılır.

Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Isvech_hokumeti_qachqinlari_kruiz_laynerinde_yerlesdirmek_niyyetindedir-914323

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR