74 yaşlı qadın quda qurbanı oldu

74 yaşlı qadın quda qurbanı oldu
15:16 25 Dekabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Daşkəsəndə 74 yaşlı qadın döyülüb. Hadisə rayonun Əmirvar kəndində qeydə alınıb.

Gəncə Şəhər Təcili Tibbi yardım Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, Daşkəsənin Əmirvar kənd sakini, 1941-ci il təvəllüdlü Almaz Vilayət qızı Həsənova bədəninin çoxsaylı əziyi və qapalı kəllə-beyin travması ilə xəstəxanaya gətirilib. Travmatologiya şöbəsinə yerləşdirilən qadının vəziyyəti orta ağırdır.

74 yaşlı qadının oğlu və onun qaynatasının davası zamanı aralarında qaldığı üçün xəsarət aldığı bildirilir.

Xəstəxanadan verilən digər bir məlumata görə, Gəncədə də döyülmə faktı qeydə alınıb. Hadisə 20 saylı orta məktəbin yaxınlığında baş verib. Şəhər sakini, 1973-cü il təvəllüdlü Nəcəf Adil oğlu Mahmudov qonaq gedərkən naməlum şəxslər tərəfindən döyülüb. O, qapalı kəllə-beyin travması ilə xəstəxanada müayinə edilir.

Hazırda vəziyyəti normaldır.

Hər iki faktla bağlı Gəncə Şəhər Baş polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368155

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR