Ərdoğan ABŞ-a gedir

Ərdoğan ABŞ-a gedir
15:16 25 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfərə gedir.

ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Ərdoğan səfər çərçivəsində İslam mədəniyyət mərkəzi kompleksinin açılışında iştirak edəcək.
Məlumata görə, mərkəz Memar Sinan üslubunda tikilib. Mərkəzdəki məsciddə eyni zamanda 700 nəfər namaz qıla biləcək.

Kompleks dünyanın ən böyük İslam mədəniyyət mərkəzləridir. Mərkəz ABŞ-ın paytaxtı Vaşinqton yaxınlığında Meriland əyalətində yerləşir. İslam mədəniyyət mərkəzinin inkişafına 2011-ci ilin sentabra ayın 60 hektarlıq ərazidə başlanılıb.


İslam mədəniyyət mərkəzinin tikintisi

Məkəzin tikintisində 16-cı əsr Osmanlı memarlığının özəlliklərinindən istifadə edilib. Kompleksdə yerləşən məsciddə eyni zamanda 700 nəfər namaz qıla biləcək.

Kompleksin açılışında ABŞ prezidenti Barak Obamanın da iştirak edəcəyi bildirilir. Rusiya və Türkiyə arasında baş verən təyyarə qalmaqalından sonra prezidentlər artıq ikinci dəfədir ki, görüşəcəklər.

Prezidentlər sonuncu dəfə Fransanın paytaxtı Parisdə keçirilən iqlim dəyişkənliyi toplantısında görüşüb. İlk olaraq ilki prezident arasında geniştərkibli görüş keçirilib. Danışıqlar bir saata yaxın davam edib.


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obama

Obama görüşdə Rusiya ilə Türkiyə arasındakı "Su-24" gərginliyindən sonra bir arada çalışmağın yollarının müzakirə edildiyini deyib. Obama Türkiyənin özünümüdafiə haqqını dəstəklədiklərini deyib. ABŞ prezidenti Türiyənin tərəfini tutaraq Putinə açıq şəkilda qırıcı qalmaqalındn haqsız olduğunu demişdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368157

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR