Xarici qüvvələrə işləməkdə şübhəli bilinən 7 nəfər saxlanılıb

Xarici qüvvələrə işləməkdə şübhəli bilinən 7 nəfər saxlanılıb
15:27 25 Dekabr 2015
14 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu il xaricdə münaqişə zonalarında döyüşmüş 11 Azərbaycan vətəndaşı sərhədçilər tərəfindən saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2015-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

Qeyd olunub ki, Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan, 1 əcnəbi vətəndaş, məxfi əməkdaşlığa cəlb olunmuş 2 Azərbaycan vətəndaşı müəyyən olunub, xaricdə münaqişə zonalarında döyüşmüş 11 Azərbaycan vətəndaşı saxlanılıb, qanunsuz miqrasiya, qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədilə Azərbaycana məxsus 73, Rusiyaya məxsus 19, İrana məxsus 6, Qazaxıstana məxsus 1 gəmiyə, Türkmənistana məxsus 6 gəmiyə və Azərbaycana məxsus 363 kiçik həcmli üzmə vasitəsinə baxış keçirilib. Azərbaycana məxsus 13 gəmi, digər dövlətlərə məxsus 4 gəmi və Azərbaycana məxsus 179 qayıq, o cümlədən 347 nəfər heyət üzvü barəsində zəruri tədbirlər görülüb.

Hesabat dövründə DSX Sahil Mühafizəsi tərəfindən 4 halda dənizdə xilasetmə əməliyyatları keçirilib, 8 nəfər vətəndaş xilas edilib. Sərhəd sularında keçirilmiş rejim tədbirləri zamanı dənizdə qanunsuz qurulmuş, üzmə vasitələrinin hərəkəti üçün təhlükəli olan balıq ovlama vasitələri - 18,8 min metr tor, 4 min ədəd qarmaq yığılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/393075.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR