Muarem qayıdır?

Muarem qayıdır?
15:37 25 Dekabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

Ötən mövsüm başa çatdıqdan sonra "Qarabağ"dan ayrılaraq Türkiyənin "Əskişəhərspor" klubuna keçən Muarem Muarem yenidən Ağdam klubuna geri dönür.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Muarem artıq "Qarabağ"la keçid şərtlərini razılaşdırıb. Makedoniyalı futbolçunun "Qarabağ"ın Türkiyə toplanışı zamanı yanvarın 5-də Antaliyaya gələrək rəsmi müqaviləyə imza atacağı gözlənilir. Muaremlə iki illik müqavilə imzalanacaq. 2012-ci ilin yayından 2015-ci ilin yayına kimi "Qarabağ"da çıxış edən yarımmüdafiəçi meydana çıxdığı 99 oyunda 17 qol vurmağa da imkan tapmışdı.
27 yaşlı yarımmüdafiəçi arxada qalan 6 ayda "Əskişəhərspor"un heyətində cəmi bir oyunda meydana çıxıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR