Rusiyadan Türkiyəyə endirim (VİDEO)

Rusiyadan Türkiyəyə endirim (VİDEO)
15:46 25 Dekabr 2015
64 Digər
Ölkə mətbuatı
A- A+

Ankara ilə Moskva arasında gərgin münasibətlərə baxmayaraq Rusiya buğda istehsalçıları Türkiyə bazarını itirməmək üçün buğdanın qiymətini aşağı salıb.

ANS PRESS-in məlumatına görə, Rusiyanın Türkiyəyə tətbiq etdiyi sanksiyalardan sonra bu ölkədən Türkiyəyə ixrac edilən buğdanın miqdarının azaldılacağı gözlənilirdi.

Rusiyanın Türkiyəyə ixrac etdiyi buğdanı dəyərləndirən SovEcon Kənd Təsərrüfatı Araşdırmalar Şirkətinin Rəhbəri Andrey Sizov bildirib ki, münasibətlərin korlanması hər iki ölkə ixracatçıları arasında tərəddüdlərə səbəb olub. Lakin dekabrdan etibarən buğda ixracı əvvəlki sürətinə qayıdıb.

Belə ki, Qara dəniz bölgəsinə satılan buğdanın bir tonu əvvəl 215 dollara idisə, indi onun qiyməti 200 dollara endirilib. Beləliklə Türkiyə hələ də Rusiyanın 4.7 milyon ton buğda ixrac etdiyi ən böyük bazarıdır.

Rusiya dünyanın ən çox buğda istehsal edən ölkəsidir. Onun ixracatının ən böyük hissəsi- 80 faizi Türkiyənin payına düşür.

İki ölkə arasında münasibətlərin korlanmasına səbəb Türkiyənin Rusiyaya məxsus Su24 təyyarəsinin Türkiyə-Suriya sərhəddində vurulması olub. Baş verən hadisədən sonra Rusiya tərəfi Türkiyəyə çoxsaylı sanksiyalar tətbiq edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368151

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR