Ruslar azərbaycanlıların portağallarını aldılar

Ruslar azərbaycanlıların portağallarını aldılar
15:46 25 Dekabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

Bakıdan Rusiyanın Tümen vilayətinə gedən azərbaycanlıların apardıqları məhsul əllərindən alınıb.

ANS PRESS-in məlumatına görə, Tümen hava limanı Roşinoda qohumları üçün Yeni il hədiyyəsi aparan həmyerlilərimizin 23 kiloqram portağalı müsadirə edilib.

Məhsulların azərbaycanlıya məxsus olması barədə "Rosselxoznadzor" (Baytarlıq və Fitosanitar nəzarət federal xidməti) məlumat yayıb.
Meyvələrin alınmasına səbəb həmin məhsulların fitosanitar sənədlərinin olmamasıdır.


Rusiya, Tümen

Ümumiyyətlə, Rusiya fitosanitar sertifikatı olmayan məhsulların ölkəyə idxalına icazə vermir. Həmin qaydaya əməl edilmədikdə gətirilən mallar yandırılır, onu gətirən sərnişinlər isə, bəzi hallarda məsuliyyətə belə cəlb olunurlar.

Analoji hadisə bu ilin oktyabrın 21-də Kazan aeroportunda da olub. Belə ki, Tatarıstanın paytaxtı Kazan şəhərində yerləşən aeroportda Azərbaycandan olan sərnişinlərin əl yükündə aşkar edilmiş quru meyvələr, fındıqlar, meyvələr, yarma, giləmeyvələr onların əllərindən alınaraq, aeroportun utilizasiya sobasında yandırma yolu ilə məhv edilib. Ərzaqların çəkisinin ümumilikdə 40 kq olduğu deyilir.

Məlum olub ki, həmin məhsullar Rusiyaya idxala qadağan edilmiş karantin məhsullar imiş. Bu barədə Tatarıstan Respublikasının Rosselxoznadzor İdarəsinin rəsmi saytında bildirilir.


Kazan aeroportunda yandırılan məhsullar

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=368161

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR