Dövlət Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşları qəbul edib

Dövlət Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşları qəbul edib
15:53 25 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq dekabrın 25-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Şirvan şəhərində Hacıqabul, Sabirabad, Saatlı rayonlarında və Şirvan şəhərində yaşayan vətəndaşları qəbul edib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, Şirvan Gömrük İdarəsinin inzibati binasında keçirilən qəbula gələn vətəndaşların müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.
Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_Gomruk_Komitesinin_sedri_Sirvanda_vetendaslari_qebul_edib-914363

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR